Gələn il orta ixtisas təhsili müəssisələrində işləyən müəllimlərin maaşı artacaq

Gələn il orta ixtisas təhsili müəssisələrində işləyən müəllimlərin maaşı artacaq Gələn il orta ixtisas təhsili müəssisələrində işləyən müəllimlərin maaşı artacaq.
Bunu, təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib. O bildirib ki, orta ixtisas təhsili müəssisələrində 7 min müəllim işləyir. Onların əməkhaqlarında 2022-ci il yanvarın 1-dən 20 faiz artım olacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.

Tehsil-press.az

Oxşar xəbərlər