Gürcüstanda “omikron” ştammına yoluxanların sayı 144-ə çatıb

Gürcüstanda “omikron” ştammına yoluxanların sayı 144-ə çatıb Gürcüstanda koronavirusun “omikron” ştammına yoluxanların sayı kəskin artıb. Yanvarın 2-nə olan məlumata əsasən, ölkədə “omikron”a yoluxanların sayı 144-ə çatıb. Onların 51-i son sutkada yoluxub.
Bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd edək ki, Gürcüstanda koronavirusun mutasiyaya uğramış yeni - “omikron” ştammına ilk yoluxma halı dekabrın 20-də qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər