Cəsur itin həyatı hər kəsi duyğulandırdı

Cəsur itin həyatı hər kəsi duyğulandırdı “Pervomayskaya” mədənində doğulan Lyalka adlı it 4 aylığından şaxtaçılarla birlikdə işə gedib gəlməyə başlayıb və onların dostu olub. Əsas işi mədənçilərin yeməyini siçovullardan qorumaq idi. 16 ildən çox işləyən Lyalka heç vaxt işə gecikmirmiş. O, növbətçilərin fənəri sönəndə onlara yolu göstərir, təhlükəli olan yerlərə toxunmağa icazə vermirdi. Artıq çox yaşlanan Lyalka bir gün səhər geyim otağında halsız halda uzanmışdı. Mədənçilər onu belə görüb yanına yaxınlaşıblar və o, əlini uzadıb və sanki sağollaşaraq ölüb.
Sədaqəti və göstərdiyi köməkliklərə görə 2014-cü ilin iyun ayında "Pervomayskaya" mədəninin mədənçiləri Lyalka üçün abidə qoydular. Onu həmişə növbəsinin başlamasını gözlədiyi lampanın yanında dəfn etdilər.

Tehsil-press.az


Oxşar xəbərlər