Dövlət İmtahan Mərkəzi: Magistraturaya ərizə qəbulu fevralın 1-dən 10-dək aparılacaq

Dövlət İmtahan Mərkəzi: Magistraturaya ərizə qəbulu fevralın 1-dən 10-dək aparılacaq Magistraturaya ərizə qəbulu fevralın 1-dən 10-dək aparılacaq. Bunun üçün bakalavrlar Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytının müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər. Qeydiyyat səhifəsi göstərilən tarixlərdə aktiv ediləcək.
DİM 2022/2023-cü tədris ili üçün magistraturaya qəbul elan edib. “Magistr” jurnalının 2-ci sayında ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.

Tehsil-press.az


Oxşar xəbərlər