“Ordularımızın gücləndirilməsi səyləri digər ölkələr üçün təhlükə deyil”

“Ordularımızın gücləndirilməsi səyləri digər ölkələr üçün təhlükə deyil” “Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində səylər digər ölkələr üçün təhlükə deyil”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşündə deyib.
Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi istiqamətində işimizi davam etdiririk. Gördüyümüz işlərlə ordularımızdakı gündən-günə irəliləyişdən çox məmnunuq. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin Qafqaza sülh və əmin-amanlıq gətirmək üçün əlindən gələni etdiyini hər kəs görür. Ümidimiz bir an əvvəl sülhə, əmin-amanlığa qovuşaraq hər kəsin təhlükəsiz və rahat yaşayışını sürdürməsidir”.

Tehsil-press.az


Oxşar xəbərlər