Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı”günü

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı”günü Mingəçevir Dövlət Universitetində (MDU) payız semestrinin qış imtahan sessiyası çərçivəsində beşinci “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb.
2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla başa çatdığını qeyd edən Ş.Bayramov imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.
Cari imtahan sessiyasında bakalavriat və magistratura səviyyələri üzrə təhsilalanların əyani formada keçirilən imtahanlarda nümayiş etdirdikləri müvəffəqiyyət göstəricilərindən məmnunluğunu ifadə edən rektor bu münasibətlə təbriklərini çatdırıb.
Görüş iştirakçıları da öz növbələrində imtahan sessiyasının təşkilindən razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, imtahan sessiyası çərçivəsində hər həftənin cümə axşamı günü olmaqla MDU-da beş “Açıq qapı” günü təşkil edilib. Universitet rəhbərliyinin tələbə, magistrant və onların valideynləri ilə onlayn platformada keçirilmiş görüşləri imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyıb.

Tehsil-press.az


Oxşar xəbərlər