İtaliyada növbəti tədris ili üçün təqaüd proqramı elan olunub

İtaliyada növbəti tədris ili üçün təqaüd proqramı elan olunub İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi “İstedadına sərmayə et” təqaüd proqramına sənəd qəbulu elan edib.
Proqram çərçivəsində istedadlı gənclər İtaliyada magistratura səviyyəsində mühəndislik və informasiya texnologiyaları, memarlıq, dizayn, idarəetmə və iqtisadiyyat üzrə təhsil ala biləcəklər.
Proqrama fevralın 15-dək müraciət etmək olar. Təqaüd proqramı barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər