Yaponiyanın Qunma Universiteti onlayn yay proqramı elan edib

Yaponiyanın Qunma Universiteti onlayn yay proqramı elan edib Yaponiyanın Qunma Universiteti xarici ölkələrdəki tərəfdaş universitetlərdə bakalavriatura, doktorantura pillələrində təhsil alan tələbələr üçün onlayn yay proqramı təqdim edir.
Proqram tələbələrə pandemiya şəraitində intensiv dil və mədəniyyət kurslarında iştirak edərək elm, mədəniyyət, dil və Qunma Universiteti haqqında biliklərə yiyələnmək imkanı verəcək. Onlayn yay proqramının əsas konsepsiyası Yaponiyaya təsir edən sosial problemlər, Qunmanın əhalisi, təbii mühiti, mədəniyyəti haqqında məlumat əldə etmək və regional canlanma ilə bağlı yeni layihələr həyata keçirməkdir. Kurs Yaponiyanın öyrənilməsi üzrə mühazirələr, layihə işi, qrup müzakirəsi və təqdimatdan ibarətdir. İştirakçılar üçün yapon tələbələrlə qarşılıqlı əlaqə imkanı yaradılacaq.
Mühazirələr, layihə işləri, yekun təqdimat və tələbələrin qarşılıqlı əlaqələrində iştirak etmiş bütün şəxslərə proqramın sonunda sertifikat veriləcək. Mühazirə və layihə işləri “Zoom” üzərindən aparılacaq. Proqramla bağlı suallar skayp vasitəsilə cavablandırılacaq.
Proqram iyulun 5-dən 13-dək (şənbə və bazar günləri daxil deyil) davam edəcək.
Bir universitetdən maksimum 5 tələbə qəbul edilə bilər. Müraciət edənlərin sayı tələb olunandan az olarsa, universitet üzrə iştirakçı sayı 6 nəfər ola bilər. Kursun cədvəli may ayında elan olunacaq
Ərizəçinin adından müraciət e-poçt vasitəsilə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova tərəfindən ediləcək. Son müraciət tarixi martın 11-dir. Qunma Universiteti nəticələri aprelin 15-dək BDU-ya göndərəcək.
Suallar yaranarsa [email protected] elektron poçtu və (+994) 51 969 88 00 nömrəsi ilə əlaqə saxlamaq olar.

Tehsil-press.az

Oxşar xəbərlər