Gənc müəllimlər üçün Yaponiyada təqaüd proqramı elan olunub

Gənc müəllimlər üçün Yaponiyada təqaüd proqramı elan olunub Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən “Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei) elan olunub.
Təqaüd proqramında ingilis və ya yapon dillərini yaxşı bilən, ümumtəhsil məktəbində azı 5 il çalışan 35 yaşadək gənc müəllimlər iştirak edə bilərlər.
Bu proqram məktəblərdə tədris sistemi üzrə tədqiqat aparmaq istəyən gənc müəllimlərə Yaponiyanın müxtəlif universitetlərində 1-1,5 illik təqaüdlə təhsil almaq imkanı yaradır. Təlim kursu ümumilikdə 1 il davam edir. Kursa başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də var. Həmin kurslarda müəllimlərin təqaüdlə təhsil müddəti 1,5 il davam edir. Aylıq təqaüd, ikitərəfli aviabilet, təhsil haqqı xərcləri Yaponiya hökuməti tərəfindən ödəniləcək.
Müraciət edənlər proqramda iştirak müddəti başa çatdıqdan sonra ölkələrinə qayıtmalı və müəllimlik fəaliyyətinə davam etməlidirlər. Proqram bitdikdən sonra Azərbaycana və müəllimlik fəaliyyətinə qayıda bilməyən şəxslərdən Yaponiya hökuməti tərəfindən təqdim edilən təqaüdün geri qaytarılması tələb oluna bilər.
Təqaüd proqramında iştirak etmək istəyənlər sənədlərini Yaponiyanın ölkəmizdəki səfirliyinə fevralın 8-dək saat 12.00-a qədər təqdim edə bilərlər.
Təqaüd proqramı hər universitetin təlim kursuna uyğun olaraq 2019-cu ilin oktyabr ayından 2021-ci ilin mart ayınadək davam edəcək.
Ətraflı məlumatla bu linkdən tanış olmaq mümkündür: https://edu.gov.az/az/page/228/15971

Tehsil-press.az



Oxşar xəbərlər