“ADA” Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə akademik tərəfdaşlıq haqqında razılaşma imzalayıb

“ADA” Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə akademik tərəfdaşlıq haqqında razılaşma imzalayıb “ADA” Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə akademik tərəfdaşlıq haqqında razılaşma imzalayıb.
Bu razılaşma çərçivəsində universitetlər Bakıda və Vaşinqtonda tədris olunan birgə proqramlar həyata keçirəcək, pedaqoji heyətin inkişafı üzrə əməkdaşlıq edəcək və birgə tədqiqat layihələri aparacaqlar.
Razılaşmaya əsasən, həyata keçirilən ilk tərəfdaşlıq “ADA” Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən təklif olunan Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının açılmasıdır. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Tədris yay semestri də daxil olmaqla, beş semestr ərzində aparılacaq. Bu semestrlərdən üçü Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində keçiriləcək. Vaşinqtondakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər.
Proqramın məzunları “ADA” Universiteti və Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edəcəklər.
Tələbələrin hər iki universitetdə təhsil haqqı, Vaşinqtona səfəri və oradakı yaşayış xərcləri Dövlət proqramı və BP və tərəfdaşları tərəfindən ödənilir.
Proqrama qəbul üçün namizədlərdən müvafiq sahədə bakalavr dərəcəsi və ingilis dili bilikləri tələb olunur. Müraciət üçün son tarix aprelin 17-dir.
Bütün maraqlanan namizədləri əlavə məlumat üçün ada.edu.az/csda veb-səhifəsinə daxil olmağa və ya [email protected] elektron ünvanına məktub yazmaqla və ya (+99450) 274 95 52 nömrəsinə zəng etməklə qəbul şöbəsi ilə əlaqə saxlamağa dəvət edirik.

Tehsil-press.az



Oxşar xəbərlər