Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bir müddət əvvəl birliyin rəsmi şəxslərinin Bakıya səfərindən sonra bu gün də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb.
Qeyd edək ki, rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib. Ölkə başçısı Avropa İttifaqı Şurasının yeni prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Tərəflər arasında saziş üzərində danışıqlar 2017-ci ildə başlayıb. Lakin Azərbaycan açıq qalan məsələlərə görə işin ləngidiyini bildirir. Prezident İlham Əliyev deyib ki, narahatlığımız nəzərə alınsa, saziş tezliklə imzalana bilər.
Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Aİ və Azərbaycan arasında hüquqi müqavilə imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında böyük önəm daşımağa başladı.
Azərbaycan “Avropa qonşuluq siyasətinə” qoşulduqdan bir neçə il sonra ölkəmizlə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, 2008-ci ildə isə Bakı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirib və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
2009-cu ildə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova ilə ikitərəfli əməkdaşlığı gücləndirmək və Avropa Qonşuluq Siyasəti çərçivəsində çoxtərəfli əməkdaşlığı davam etdirmək üçün Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsü başlandı. Hazırda Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycanın Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul etməsi və ya imzalaması qarşılıqlı əməkdaşlığa layiqli töhfədir.
Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. Aİ və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu birliyə üzv dövlətlərin payına düşür. 2020-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub.
Azərbaycanda quruma üzv dövlətlərin 1700-dən çox şirkəti fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildən etibarən qurumla əlaqədar 9 dəfə Brüsselə səfər edib. 2012-ci ildən etibarən Şura prezidentləri 4 dəfə Bakıya gəlib. 2011-ci ildən isə Avropa Komissiyasının prezidentlərinin 2 dəfə Azərbaycana səfər etməsi tərəflər arasında münasibətlərin müsbət istiqamətdə inkişafını təsdiqləyən faktlardandır. Azərbaycanla İttifaq əlaqələrinin indiki siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyulun 11-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının ovaxtkı Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da qurumla əlaqələr daha da inkişaf edib. Ötən il iyulun 8-də isə Avropa İttifaqının Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekununa dair Avropa Komissiyasının rəsmi saytında bu fikirləri paylaşıb: “Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinə yeni təkan verilib”.
Qarabağ mövzusu ilə bağlı geniş fikir mübadiləsi aparıldığını qeyd edən komissar bildirib ki, Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq, bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparılıb.
Şuranın Prezidenti Şarl Mişel ilk dəfə 2021-ci ilin iyulunda Bakıya səfər edib. Bu, İttifaqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmətlə yanaşması, əməkdaşlığın yeni şəraitdə də davam etdirilməsinin göstəricisi idi. Qeyd edək ki, Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyaların həyata keçirilməsində Şarl Mişelin də vasitəçilik rolu olub.
Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa.
2020-ci il iyunun 18-də "Şərq Tərəfdaşlığı" ölkələrinin liderlərinin videokonfransında Prezident İlham Əliyev bildirib ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir.
Onu da xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün bu yaxınlarda Azərbaycana səfər edən Aİ-nin iki komissarının Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair apardığı müzakirələr çox səmərəli olub. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına da böyük ümid var.
Belə bir fakta diqqət edək. Bu il Azərbaycan bir çox Avropa ölkələri ilə diplomatik münasibətlər qurmasının 30 illiyini qeyd edir.
2021-ci il dekabrın 13-də Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə səfər edib. 2021-ci il dekabrın 14-də Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. İclasda Azərbaycan - NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən "Qətiyyətli dəstək" missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin, Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanın bu mühüm enerji layihəsinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür.
Beləliklə, regionda yaranan yeni vəziyyətdən çıxış edən Avropa İttifaqının yaxın zamanda Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün də bu gün çox vacib tərəfdaşdır.
Tehsil-press.az