Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açır.
Təhsil-press.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlət başçısı deyib ki, tərəflər nəqliyyat sahəsində əməkdaşlığın nəhəng potensialını müzakirə edib: "Bu sahə “Şərq Tərəfdaşlığı” və digər Avropa ölkələri üçün cəlbedici ola bilər. Azərbaycan regionda yeni dəmiryolu nəqliyyatının yaranmasına böyük investisiyalar qoyub”.
İlham Əliyev Asiyanı Avropa ilə birləşdirən bu yeni marşrutun istismara veriləcəyinə, eləcə də Avropadan Asiyaya və əks istiqamətə yüklərın daşınması müddətini təqribən iki dəfə azaldacağına ümid etdiyini bildirib:
“Bundan başqa, bizim əməkdaşlığımızın mühüm hissəsi mədəniyyətlərarası dialoqdur. Mən cənab prezidentə minnətdaram ki, Azərbaycanın sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa böyük töhfə verdiyini xatırlatdı”.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.
Prezident bildirib ki, Azərbaycan sivilizasiyalar arasında təbii coğrafi və mədəni körpüdür və Azərbaycanın insan kapitalına töhfəsi yaxşı nəticələr verir.
İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda yaxşı təcrübəyə malikdir: “Onlardan doqquzu, yəni üzv dövlətlərin üçdə biri ilə bizim strateji tərəfdaşlıq haqqında artıq imzalanmış və ya qəbul edilmiş sənədlərimiz var”.
Dövlət başçısının sözlərinə görə, bu, Aİ və Azərbaycan arasında gələcək saziş üçün yaxşı əsasdır: “Bu gün əməkdaşlığımızın tarixində əlamətdar gündür, çünki biz əməkdaşlığımızda yeni səhifə açırıq. Mən danışıqlar aparan şəxslərə uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxt itirməyəcək, sabah danışıqlara başlayacaqlar və yaxın vaxtlarda bizim aramızda uzunmüddətli strateji əməkdaşlığı müəyyən edəcək sənədi təqdim edəcəklər”.
Təhsil-press.az