İtaliyada işsizlik səviyyəsi 8,8 faiz təşkil edib

İtaliyada işsizlik səviyyəsi 8,8 faiz təşkil edib Yanvar ayında Avropa İttifaqında (Aİ) işsizlik səviyyəsi 6,2 faiz, Avrozonada isə 6,8 faiz təşkil edib.
Bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, Aİ-yə üzv ölkələrdən İtaliyada işsizlik səviyyəsi 8,8 faiz, Yunanıstanda 13,3 faiz, İspaniyada 12,7 faiz, İsveçdə 8 faiz, Fransada 7 faiz, Almaniyada 3,1 faiz olub.
Dekabrda Aİ-də işsizlərin sayı 13 milyon 346 min nəfər olub, onların 11 milyon 225 mini Avrozonanın payına düşüb.
Avropa İttifaqında yanvar ayında yaşı 25-dən aşağı olan işsizlərin sayı 2 milyon 546 min nəfər, Avrozonada 2 milyon 38 min nəfər olub. Gənclər arasında işsizlik səviyyəsi Aİ-də 14 faiz, Avrozonada isə 13,9 faiz təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər