2019-cu ilin sentyabrında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 376,759 milyon manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz çoxdur.
Tehsil-press.az bu barədə DGK-yə istinadən məlumat verir.
Sentyabr ayında gömrük rüsumlarından büdcəyə daxilolmalar 104,87 milyon manat və ya bütün daxilolmaların 27,8 faizi, ƏDV-dən 251,628 milyon manat (66,8 faiz), aksizlərdən 16,789 milyon manat (4,4 faiz), yol vergilərindən 3,471 milyon manat (0,9 faiz) təşkil edib.
Ötən ilin sentyabr ayı ilə müqayisədə gömrük rüsumlarından büdcəyə daxilolmalar 35,4 faiz, ƏDV-dən 9 faiz, yol vergisindən 11,9 faiz artıb, aksizlərdən daxilolmalar isə 7,8 faiz azalıb.
Tehsil-press.az