UNEC tələbəsinin layihəsi qrant müsabiqəsinin qalibi olub

UNEC tələbəsinin layihəsi qrant müsabiqəsinin qalibi olub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Nigar İmaməliyeva qrant müsabiqəsinin qalibi olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinə təqdim olunan layihələr arasından universitetin Qiyabi və Əlavə Təhsil Mərkəzinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının II kurs tələbəsi Nigar İmaməliyevanın “Qarabağın mədəni-tarixi abidələrinin bərpası planları” adlı layihəsi qalib elan edilib.

Tehsil-press.az



Oxşar xəbərlər