Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin dekan müavini Tural Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun son qrant müsabiqəsində qalib olmuş “Milli sərvətimiz”adlı layihənin icrasına start verilib.
Bu barədə məlumat verən T.Əliyev layihənin zəruriliyindən və dünya musiqi xəzinəsinin incisi sayılan muğamımızın gənclər arasında təbliğində yaranan problemlərdən danışıb. Onun sözlərinə görə, Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən layihənin əsas məqsədi milli sərvətimiz olan muğam sənətini yaşatmaq, təbliğ etmək, gənclərimizdə muğama, mədəniyyətə, bütövlükdə milli-mənəvi dəyərlərimizə diqqət, maraq, dəyər vermək kimi hisləri gücləndirməkdən ibarətdir.
T.Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin rolunu xüsusi vurğulayıb, onların üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Layihə rəhbəri məlumat verib ki, tələbələrə məlumatlandırıcı bukletlər paylanılıb, layihə çərçivəsində onlara bu mövzuda mühazirələr oxunacaq, şəhərdə gəzinti təşkil olunacaq, Beynəlxalq Muğam Mərkəzinə səfər gerçəkləşəcək.

AzMİU-nun Mətbuat Xidməti