UNEC “SABAH” magistratura layihəsi çərçivəsində qrant müsabiqəsi elan edib

UNEC “SABAH” magistratura layihəsi çərçivəsində qrant müsabiqəsi elan edib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Təhsil Nazirliyinin həyata keçirdiyi “Ali təhsil müəssisələrində magistratura səviyyəsinin “SABAH” qrupları üçün yeni məzmunun hazırlanması və tədrisinin həyata keçirilməsi” üzrə qrant müsabiqəsi elan edir.
Müsabiqə çərçivəsində ali təhsilin magistratura səviyyəsində elektron kommersiya ixtisaslaşması üzrə innovativ təlim, tədris və tədqiqat metodlarına əsaslanan yeni məzmunun hazırlanması və tətbiqi nəzərdə tutulub. Qrant müsabiqəsinin elmi dərəcəsi olan və vergi orqanlarında müvafiq qaydada qeydiyyata alınmış UNEC əməkdaşları arasında keçirilməsi nəzərdə tutulur.
Layihə təklifləri iyulun 15-dək elektron versiyada e-mail vasitəsilə qəbul ediləcək. layihənin ümumi büdcəsi iki yüz iyirmi min manatadək, icra müddəti isə maksimum 12-14 ay olmalıdır.
Təqdim olunacaq layihələr müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qalib layihə müsabiqə bitdikdən 5 iş günü ərzində elan olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər