Azərbaycan Tibb Universitetinin (ATU) 4-cü kurs tələbəsi Kamran Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun keçirdiyi VIII qrant müsabiqəsinin qalibi olub.
“Gəncə Şahmat Şəhəri” layihəsi Gəncə Şahmat məktəbində keçirilib. Əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili və eləcə də, şahmat idmanının gənclər arasında təbliği olan layihədə 30 uşaq və yeniyetmə iştirak edib.
Layihənin rəhbəri Kamran Məmmədovun sözlərinə görə, yarış 7 turdan ibarət olub. İştirakçılar 2 yaş qrupunda mübarizə aparıblar.
Qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar. Mükafatlandırma mərasimində Gəncə şəhər Şahmat Məktəbinin müəllim və hakim heyəti ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Gəncə şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi, eləcə də valideynlər iştirak ediblər.
ATU-nun Mətbuat Xidməti