İsveç içində əlavə olaraq 5000 tank əleyhinə silah kompleksləri və minatəmizləmə texnikasını Ukraynaya göndərəcək.
Məlumatı İsveçin xarici işlər naziri Ann Lindeni tviter hesabında bildirib. Onun sözlərinə görə, krallığın müdafiə nazirliyi Ukraynaya əlavə olaraq 5000 tank əleyhinə silah kompleksləri və minatəmizləmə texnikasını yaxın vaxtlarda təqdim edəcək.
Bununla İsveç Ukrayna Silahlı Qüvvələrinə töhfəsini ikiqat artırmaq niyyətindədir. İsveç xarici işlər naziri Ann Lindenin fikrincə bu addımın atılması ilə krallıq daha bir tarixi qərar verib.
Xatırladaq ki, fevral ayının sonunda İsveç Ukraynaya ümumi dəyəri 1,4 milyard kron (146 milyon ABŞ dolları) dəyərində sursat göndərmək planlarını açıqlayıb. İsveçin müdafiə naziri Peter Hultqvistin sözlərinə görə, yardım siyahısını tərtib edərkən seçimlər Ukraynanın tələbinə əsaslanıb.
Tehsil-press.az