Lüksemburq Ukraynaya 250 milyon avroluq maliyyə yardımı ayırıb

Lüksemburq Ukraynaya 250 milyon avroluq maliyyə yardımı ayırıb Lüksemburq Ukraynaya 250 milyon avro dəyərində maliyyə yardımı ayırıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburqun Baş naziri Ksavyer Bettel ilə telefon danışığından sonra tviter səhifəsində məlumat verib.
“Ölkənin böyüklüyünü onun hərəkətləri sübut edir. Mən Lüksemburqun Baş naziri ilə danışdım. O, humanitar vəziyyətdən danışdı. Baş nazirə 250 milyon avro yardıma, sanksiyalarla bağlı siyasətdə liderliyə, ukraynalı qaçqınlara dəstəyinə görə təşəkkür etdim. Biz Ukraynanın Avropa İttifaqına üzvlük yolunda növbəti addımlarını da müzakirə etdik”, - deyə V.Zelenski əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər