G7 neft və qaz hasil edən ölkələri hasilatı artırmağa çağırır

G7 neft və qaz hasil edən ölkələri hasilatı artırmağa çağırır G7 ölkələri neft və qaz hasil edən dövlətləri hasilatı artırmağa çağırıb və OPEC-in bu işdə əsas rol oynamalı olduğu fikrini bildiriblər.
Bu barədə G7 ölkələrinin görüşünün yekunları üzrə yayılan bəyanatda deyilir.
"Biz neft və qaz istehsalçılarını məsuliyyətli davranmağa və beynəlxalq bazarlara tədarükləri artırmağa çağırırıq, OPEC bu işdə əsas rol oynamalıdır", - deyə bəyanatda bildirilib.
Qeyd edilir ki, G7 ölkələri Ukraynadakı hadisələr nəticəsində yaranan ərzaq böhranının qarşısını almaq üçün tədbirlər görməyə və Ukraynaya ərzaqla kömək etməyə söz veriblər.
G7 ölkələri Ukraynaya dəstəklərini ifadə edib və anti-Rusiya sanksiyalarına ciddi riayət olunmasına nəzarət etməyə hazır olduqlarını bəyan ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər