Hindistanda 120 ilin ən isti mart ayı qeydə alınıb

Hindistanda 120 ilin ən isti mart ayı qeydə alınıb Bu ilin martında Hindistanda havanın hərarəti orta aylıq göstəricini 1,61 dərəcə geridə qoyaraq son 120 ilin ən yüksək nəticəsini müəyyən edib.
Ölkənin Meteorologiya İdarəsinin məlumatına görə, bu, 1901-ci ildən bəri mart ayında müşahidə olunan ən yüksək göstəricidir.
Qurumun məlumatına görə, mart ayında orta aylıq temperatur norması 25,06 dərəcə olduğu halda, ölkə ərazisində 26,67 dərəcə istilik qeydə alınıb. Bundan başqa, ötən mart həm də 2010-cu ildən bu yana orta gündəlik temperatur baxımından ən isti mart ayı olub.
Ölkə üzrə orta yağıntı həcminin ilin bu dövrü üçün normadan 71 faiz az olduğu qeyd edilir. Aprelin sonlarında Hindistanda istilik mövsümü başladığı üçün bu ayın da rekorda imza atacağı istisna olunmur.

Tehsil-press.az


Oxşar xəbərlər