“SABAH” qrupları layihəsi çərçivəsində idman yarışlarının açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra “Müstəqil Azərbaycan idmanının uğurları”na dair videoçarx nümayiş olunub.
“SABAH” qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev bildirib ki, bakalavriat səviyyəsi üzrə keçirilən idman yarışlarının əsas məqsədi ölkəmizin idman potensialının gücləndirilməsinə töhfə vermək, xüsusilə tələbələr arasında idmanı təşviq etmək, müxtəlif ixtisaslar üzrə “SABAH” qruplarının qarşılıqlı inteqrasiyasına rəvac verməkdir. Həmçinin tələbələrin emosional və fiziki inkişafını artırmaq, pandemiya dövründə yaranan fiziki passivliyin aradan qaldırılmasına təkan vermək və “sağlam bədəndə, sağlam ruh olar” ideyasının təbliğidir.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov idman yarışlarının əhəmiyyətindən danışıb. Tələbələrin idmanla məşğul olmasının vacibliyini vurğulayan nazir müavini 44 günlük Vətən müharibəsində qazanılan qələbəni həm də sağlam yetişən gəncliklə əlaqələndirib. Nazirliyin nəzdində fəaliyyət göstərən idman-şahmat məktəblərinin məzunlarının uğurlarından söz açan Firudin Qurbanov deyib ki, nazirlik idmana hər zaman dəstək olur.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev də öz növbəsində idmanın sağlamlıq üçün vacib amil olduğunu qeyd edərək yarışlarda iştirak edən tələbələrə uğurlar arzulayıb.
Tədbirdə qeyd edilib ki, “SABAH” qrupları (bakalavriat) çərçivəsində ilk dəfə keçirilən yarışlar idmanın futbol (mini), voleybol, basketbol, şahmat və dama növlərini əhatə edir. Şahmat və dama yarışları ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə, futbol, voleybol və basketbol yarışları isə 28 May - Müstəqillik Gününə həsr olunur. Bu yarışlarda “SABAH” qrupları üzrə 8 baza ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Bakı Dövlət, Bakı Mühəndislik, Azərbaycan Dövlət İqtisad universitetləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) müvafiq idman növləri üzrə 300-dən çox iştirakçısı (tələbələr, məşqçilər, hakimlər, tibb personalı, “SABAH” əməkdaşları və s.) təmsil olunur.
Yarışlarda futbol (mini) üzrə 8, voleybol üzrə 5, basketbol üzrə isə 5 komandanın iştirakı nəzərdə tutulur. Şahmat və dama yarışlarında iştirak üçün hazırda qeydiyyat davam edir. İndiyədək bu idman növlərinin (şahmat, dama) hər biri üzrə ayrılıqda 50 nəfər qeydiyyatdan keçib.
Tehsil-press.az