Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Nazir əvvəlcə universitetin İdman klubunda yaradılan şəraitlə tanış olub, tələbələrin şahmat oyununu və voleybol yarışını izləyib.
Rektor Vilayət Vəliyev universitetin idman infrastrukturu barədə məlumat verib. Qeyd olunub ki, tələbələr arasında müxtəlif idman növləri üzrə Avropa və dünya çempionları var. Universitetin futzal komandası artıq bir neçə dəfə respublika birincisi olub.
İdmançı tələbələrlə söhbət edən F.Qayıbov onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Sonra gənclər və idman nazirinin tələbələrlə görüşü keçirilib.
Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub.
“İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə V.Vəliyev universitetdə gənclərlə işin təşkili barədə məlumat verib.
AzTU-da olmaqdan məmnunluğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov universitetin tədris binalarında, eləcə də İdman klubunda yaradılan şəraiti yüksək qiymətləndirib. Nazir Azərbaycanda gənclər siyasəti və nazirliyin bununla bağlı qarşıya qoyduğu hədəflərdən danışıb.
Sonra F.Qayıbov tələbələri maraqlandıran sualları cavablandırıb, onların təkliflərini dinləyib.
Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov AzTU-nun “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsinin ilk qonağı olub. Layihə çərçivəsində tələbələrin müxtəlif qurumların rəhbərləri ilə görüşlərinin təşkili nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər