8 ölkənin 22 universitetindən qəbul aldı

8 ölkənin 22 universitetindən qəbul aldı Bakı Dövlət Universitetinin tələbəsi diplom almadan dünyanın səkkiz ölkəsinin 22 universitetindən qəbul alıb.
Bu haqda “Azərbaycan universitetləri” səhifəsində paylaşım edilib.
Belə ki, Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla, səkkiz ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüdlə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb.

Tehsil-press.az


Oxşar xəbərlər