Kamilə dünyanın 15 universitetindən dəvət gəlib

Kamilə dünyanın 15 universitetindən dəvət gəlib 160 nömrəli Klassik Gimnaziyanın XI sinfində oxuyan Kamil Məhərrəmov dünyanın 15 universitetindən təhsil almaq üçün dəvət alıb. Vunderkind olaraq tanınan Kamil bu ilə kimi də bir çox nailiyyətlər qazanıb, ilklərə imza atıb.
O, Azərbaycanda 6 fənn üzrə olimpiadalarda ilk üçlüyə daxil olan yeganə şagirddir. V sinifdən olimpiadalarda iştirak etməyə başlayan Kamilin Beynəlxalq Multikulturalizm olimpiadasında rusca yazdığı esse 150 000 yazı arasında I yerə layiq görülüb.
Uğurlarından sonra o bir çox məktəbə dəvət alır. Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qəbul imtahanında iştirak edir və 50 baldan 49-u toplayıb ingilis bölməsinə düşür. Və bu nəticə ilə o, 20 ildən çox fəaliyyət göstərən məktəbdə ingilis bölməsində tam təqaüdlə pulsuz oxuyan yeganə şagird olur.
Kamil Məhərrəmov deyir ki, heç vaxt bir şeyi 2 dəfə oxumur:
“Hər mövzunu 1 dəfə oxuyur, növbəti dəfə ötəri baxıram. Amma heç vaxt təkrarlamıram. 2-ci dəfə oxumaq insanda natamamlıq yaradır”.
Təhsil sahəsindəki uğurları ilə yanaşı Kamil həm də idmanla da peşəkar səviyyədə məşğul olub. O, 12 yaşına kimi boks, karate, daha sonra isə basketbolla məşğul olub.
Respublika üzrə dərəcələri olan Kamil 2017-ci ildən milli komandanın üzvüdür.
Dünyanın 15 universitetindən təhsil almaq üçün dəvət alan, Amerikanın 3 universitetinə təqaüdlə qəbul qazanan Kamil Məhərrəmovun əsas hədəfi dünyanın ilk beşliyində olan universitetlərdən birində tibb sahəsi üzrə təhsil almaqdır.

Günel Hacı



Oxşar xəbərlər