“Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

“Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib Bakı Dövlət Universitetinin (BDU) tələbə və magistrantları arasında keçirilən “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsinin nəticələri açıqlanıb.
Komissiya üzvlərinin qərarına əsasən birinci yerə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 1-ci kurs magistrantı Fərid Qurbanov, ikinci yerə Mexanika-riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsi Çiçək Nəcəfova, üçüncü yerə isə Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Leyla Əhmədova layiq görülüb.
Qaliblər müvafiq olaraq, I yer 300 manat, II yer 250 manat, III yer 200 manat pul mükafatı və diplomla təltif ediləcək, rəsmlər BDU-nun rəsmi saytı, sosial media hesablarında dərc olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər