BDU-nun Filologiya fakültəsinin tələbəsi beynəlxalq sertifikata layiq görülüb

BDU-nun Filologiya fakültəsinin tələbəsi beynəlxalq sertifikata layiq görülüb Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin tələbəsi Səbinə Xəlilova beynəlxalq sertifikata layiq görülüb.
Beynəlxalq sertifikat S.Xəlilovaya “Qarabağ: Zəfərə gedən yol” mövzusunda keçirilən XVII Beynəlxalq elmi konfransda verilib.
Xatırladaq ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu və “Elger” Beynəlxalq Elm Mərkəzinin təşkilatçılığı ilə İsveçin Qothenburq Universiteti ilə birlikdə keçirilib.
Beynəlxalq konfransa Azərbaycan, Qazaxıstan, Türkiyə, İsveç, Ukrayna və Rusiyadan olmaqla 170-dən çox müraciət daxil olub, 95 məqalə elmi heyət tərəfindən dəyərləndirilərək məruzə üçün qəbul edilib. Qəbul edilən məruzələr arasında BDU tələbəsinin də məqaləsi yer alıb.
Səbinə Xəlilova “Qarabağ folklor örnəklərində tarixi rəvayətlər” adlı məqalə ilə çıxış edib. O, konfransda sertifikat alan yeganə tələbə olub.

Tehsil-press.az

Oxşar xəbərlər