Qazaxıstan universitetlərində təhsil müddəti azaldılacaq

Qazaxıstan universitetlərində təhsil müddəti azaldılacaq Qazaxıstan Təhsil Nazirliyi Nur-Sultan və Almatı universitetlərində innovasiya tətbiq etməyi planlaşdırır.
Ölkənin təhsil və elm naziri Asxat Aymaqambetov bildirib ki, artıq 2022-ci ildə pilot layihənin həyata keçirilməsinə başlanılması planlaşdırılır və bakalavriatda təhsil müddəti 4 ildən 2,5 ilə endirilir.
Təhsil və Elm Nazirliyi hesab edir ki, yenilik sayəsində əmək bazarı praktiki bilikləri daha tez əldə etməklə mütəxəssis qazanacaq.
Tətbiqi bakalavrlar 2-2,5 ildən sonra təhsillərini sərbəst şəkildə davam etdirə biləcəklər. Təhsil Nazirliyi pilot layihənin 2022-2023-cü tədris ilinin əvvəlindən həyata keçirməyi nəzərdə tutur.
Layihənin əvvəlcə Nur-Sultan və Almatı şəhərlərinin universitetlərində tətbiqi gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər