Qazaxıstanda təqaüd proqramı ilə təhsil almaq istəyənlərin nəzərinə

Qazaxıstanda təqaüd proqramı ilə təhsil almaq istəyənlərin nəzərinə Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Təqaüd proqramı Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il 3 aprel tarixli müqaviləyə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına aprelin 30-dək müraciət etmək olar. Proqram haqqında ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər