2021-2022-ci tədris ili üzrə 21 azərbaycanlı Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb

2021-2022-ci tədris ili üzrə 21 azərbaycanlı Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 21 azərbaycanlı 2021-2022-ci tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 21 nəfər bu ölkənin Pekin Texnologiya İnstitutu, Şanxay Universiteti, Pekin Universiteti, Sian Jiaotong Universiteti, Sinxua Universiteti kimi ali təhsil müəssisələrində kompüter elmləri, beynəlxalq münasibətlər, təhsil, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (12 nəfər) və doktorantura (4 nəfər) səviyyələrində təhsil almaq hüququ qazanıb.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan 2020-ci il dekabrın 11-də verilmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər