Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində (HTP) 2021-2022-ci tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təhsil sahəsindəki əməkdaşlığın nəticəsi olaraq 148 nəfər Azərbaycan vətəndaşı 2021-2022-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adı çəkilən saziş üzrə 17 nəfər doktorantura, 123 nəfər magistratura, 8 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Onlar iqtisadiyyat, humanitar və sosial, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təbiət elmləri və səhiyyə elmləri istiqaməti üzrə təhsil alacaqlar.
Qlobal pandemiyanın təsirləri nəticəsində təhsil müddəti uzanmış 87 nəfər azərbaycanlının təqaüdlərinin 2021-2022-ci tədris ilində mövcud kvota hesabına davam etdirilməsinə də Macarıstan tərəfindən qərar verilib.
Xatırladaq ki, müvafiq təqaüd proqramı 2020-ci il noyabrın 23-də elan olunmuşdu.
Tehsil-press.az