Hazırda avtokratlar və demokratların mübarizəsi gedir.
Bunu ABŞ-ın Prezidenti Co Bayden Demokrat partiyasının Sietl şəhərində (Vaşinqton ştatı) təşkil olunan tədbirində dilə gətirib.
ABŞ Prezidenti deyib: “Düşünürəm ki, 2020-ci ildən bu yana demokratlar və avtokratlar arasında qızğın mübarizə gedir”. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpində demokratiklikdən əsər-əlamət yoxdur.
ABŞ lideri diqqətə çatdırıb ki, Çin rəhbəri prezident seçkilərində qalib gəldikdən sonra ona zəng edib və aralarında telefon danışığı 3 saat davam edib.
Bəzi ölkələrin NATO-nu parçalamaq istəyindən də danışan Bayden onların ümidlərinin puça çıxdığını və əksinə, alyansa Finlandiya və İsveç kimi ölkələrin alyansa qoşulmaq istəyində olduğunu bildirib.
ABŞ-da yanacağın qiymətlərinin qalxması və inflyasiya məsələsinə də toxunan prezident bildirib: “İnsanlar bir-birinə çox qəzəblidir və nə edəcəklərini bilmirlər”.
Tehsil-press.az