Kolleclərə qəbul üçün 33 mindən çox abituriyent ərizəsini təsdiqlədib

Kolleclərə qəbul üçün 33 mindən çox abituriyent ərizəsini təsdiqlədib Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.
Ərizələr aprelin 25-i saat 23:59-dək qəbul olunacaq. Aprelin 23-ü saat 13:05-ə olan məlumata görə, 33 min 711 (Azərbaycan bölməsi -32 min 789; rus bölməsi - 922) abituriyent ərizəsini təsdiq edib.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu ilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.
Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər