Tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu davam edir

Tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu davam edir Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.
Sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 16:55-ə olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 7456 abituriyent elektron ərizəsini təsdiqlədib.
Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.
Bu il 19 mindən çox abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər