Monteneqroda bir çox məktəbdə bomba təhlükəsi ilə əlaqədar xəbərdarlıq olunub.
Podqoritsa, Nikşiç, Bar, Berane, Akova, Kolaşin, Herseq Novi, Çetine, Andriyevici, Budva, Kotor, Danilovqrad, Moykovac, Plav, Qusinye və Petrovakdakı məktəblər bomba təhlükəsi barədə xəbərdarlıqdan sonra boşaldılıb. Həmçinin Nikşiç və Bar bələdiyyələri üçün də bomba xəbərdarlığı edilib.
Monteneqro Prezidenti Milo Cukanoviç bildirib ki, cəmiyyətin ən həssas kateqoriyalarından olan uşaqların və bütün vətəndaşların təhlükəsizliyi dövlətin mütləq prioriteti olmalıdır. M.Cukanoviç vəziyyətin aydınlaşdırılması üçün təcili tədbirlərin görülməsi, bu aksiyaların səbəbkarlarının və təşkilatçılarının aşkarlanması ilə bağlı çağırış edib.
Tehsil-press.az