Təhsil Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Təhsil Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının icraçı direktoru Devid Kavano ilə görüşüb.
Görüş zamanı “İqtisadi şaxələndirmə üçün peşə təhsili və təliminin müasirləşdirilməsi üzrə sektorun inkişafı proqramı” çərçivəsində ölkəmizdə peşə təhsilinin inkişafına yönəlmiş əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə Təhsil Nazirliyi və Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər