Prezident İlham Əliyev Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı Sərəncam imzalayıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər