Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi Çilov adasındakı 131 nömrəli tam orta məktəbdə olub.
Səfərin məqsədi 131 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olmaq, müəllim, şagird və valideynlərlə görüşlərin təşkili, təhsil müəssisəsinin perspektiv inkişaf planı və digər müvafiq məsələlərlə bağlı müzakirələrin aparılmasından ibarətdir. Məktəblə yaxından tanış olan BŞTİ-nin rəhbərliyi və KİV nümayəndələri ibtidai sinif, tarix, ədəbiyyat, fizika və ingilis dili fənləri üzrə təşkil olunmuş açıq dərslərdə iştirak ediblər.
Daha sonra M.Vəliyeva müəllim və valideynlərlə görüşüb. Məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan danışan BŞTİ-nin müdiri tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində belə əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüş zamanı keyfiyyətli tədrisin təşkili, müəllim-şagird münasibətlərinin tənzimlənməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adını daşıyan Bakı şəhəri 131 nömrəli tam orta məktəb 1951-ci ildən fəaliyyət göstərir. 200 nəfərlik şagird tutumu olan məktəbdə hazırda 10 sinif olmaqla (şagird sayı az olduğu üçün II və III siniflər birləşdirilib) 72 nəfər şagird təhsil alır. Məktəbdə ümumilikdə 34 nəfər çalışır ki, onlardan 19-u pedaqoji fəaliyyətlə məşğul olur.
Tehsil-press.az