ABŞ Ukraynaya 1 milyard dollar əlavə hərbi yardım ayıracaq

ABŞ Ukraynaya 1 milyard dollar əlavə hərbi yardım ayıracaq ABŞ-ın Ukraynaya ayırmağı planlaşdırdığı əlavə hərbi yardımın məbləği 1 milyard dollar təşkil edə bilər.
Bu barədə "CNN" televiziya kanalı Amerika administrasiyasındakı mənbələrə istinadən bildirib.
Bildirilib ki, ABŞ prezidenti Co Baydenin administrasiyasının çərşənbə günü Ukraynaya 1 milyard dollar məbləğində əlavə hərbi yardım ayrılacağını elan edəcəyi gözlənilir. Məlumata əsasən, yeni yardım paketi Kiyevə “haubitsalar, döyüş sursatları və sahil müdafiə sistemləri”nin verilməsini nəzərdə tutur.

Tehsil-press.az


Oxşar xəbərlər