Köməkçisi Ronaldonun 2 milyonluq maşınını divara çırpdı

Köməkçisi Ronaldonun 2 milyonluq maşınını divara çırpdı İspaniyanın Mayorka adasında “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldoya məxsus “Bugatti Veyron” qəzaya uğrayıb.
Mənbənin sözlərinə görə, ailəsi ilə birlikdə Mayorkada istirahət edən Ronaldo qəza zamanı hadisə yerində olmayıb. Avtomobili Ronaldonun köməkçisi idarə edib. Sürücü idarəetməni itirib, ikinci dərəcəli yoldan çıxıb və avtomobil yaşayış binasının yanındakı divara çırpılıb.
Avtomobilə xeyli ziyan dəyib, lakin sürücü xəsarət almayıb, o, özünü təqsirli bilib və qəza ilə bağlı protokol imzalayıb.
Qeyd edək ki, 400 km/saatdan çox sürətə çata bilən avtomobilin qiyməti təxminən 2 milyon avrodur.

Tehsil-press.az


Oxşar xəbərlər