Ronaldo 1 milyon avroluq saat aldı

Ronaldo 1 milyon avroluq saat aldı “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo bahalı əşyalar kolleksiyasına yenisini əlavə edib.
Portuqaliyalı ulduz futbolçu özünə yeni saat alıb. “A Bola”nın məlumatına görə, Ronaldonun yeni saatının qiyməti 1 milyon avrodur.
Bu saatdan dünyada cəmi 126 ədəd var. 232 briliyant və 109 qara sapfir daşı ilə bəzədilmiş saat Ronaldonun “Bugatti Chiron” markalı avtomobilinə uyğun şəkildə dizayn olunub. Saatda “CR7” loqosu da yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər