“Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək”.
Bunu İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən həftə Ankaraya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə sözügedən üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəliblər.
Abdullahian, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri bu gün İran və Azərbaycan tərəfi arasında müzakirə olunacaq.
İranın XİN rəhbəri əlavə edib ki, Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platformasının da növbəti iclası Tehranda baş tutacaq.
Tehsil-press.az