Azərbaycan, İran və Rusiya prezidentləri Tehranda görüşə bilərlər

Azərbaycan, İran və Rusiya prezidentləri Tehranda görüşə bilərlər İran Xarici İşlər Nazirliyi (XİN) ümid edir ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü tez-tez keçiriləcək.

Bu barədə Tehsil-press.az IRNA agentliyinə istinadən məlumat verir. İran XİN-in mətbuat katibi Bəhram Qasımi rəsmi Tehranın gələn il üç ölkə prezidentinin görüşünün keçirilməsində maraqlı olduğunu deyib. B.Qasımi ötən görüşün Bakıda keçirildiyini xatırladıb: “Növbəti görüş gələn il Tehranda keçirilə bilər”. O əlavə edib ki, görüşün gündəliyi və detalları barədə danışmaq hələ tezdir. Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk görüşü avqustun 8-də Azərbaycanda keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər