Ukraynalı Marina Vyazovskaya riyaziyyat üzrə nüfuzlu mükafat sayılan Filds mükafatının laureatı olub.
Beynəlxalq Riyaziyyatçılar İttifaqının qərarına əsasən, fransalı Uqo Düminil-Kopen, britaniyalı Ceyms Meynard və amerikalı Cun Heo da bu mükafat layiq görülüb. Marina Vyazovskayanın namizədliyi İsveçrənin Lozanna Federal Politexnik Məktəbi tərəfindən irəli sürülüb. Vyazovskaya dünyada bu mükafata layiq görülmüş ikinci qadındır.
Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu olan Vyazovskaya hazırda Lozanna Federal Politexnik Məktəbində işləyir. 37 yaşlı Vyazovskaya çoxölçülü fəzalarda kürələrin qablaşdırılması haqqında məsələnin həllinə görə Filds medalına layiq görülüb.
Prinstonda riyaziyyat üzrə professor Piter Sarnak deyib: “Marina Vyazovskayanın ixtira etdiyi təzə vasitələr bizi illər boyu gecikdirən baryerləri dəf etməyə imkan verir”.
Filds mükafatı 1936-cı ilə təsis edilib. Beynəlxalq Riyaziyyatçılar Konqresi bu mükafatı dörd ildə bir dəfə yaşı 40-dan aşağı olan bir neçə riyaziyyatçıya “Riyaziyyatda görkəmli nailiyyətlərə görə” təqdim edir. Filds mükafatına layiq görülmüş ilk qadın iranlı Məryəm Mirzəxani olub. O, həmin medala 2014-cü ildə layiq görülüb.
Ənənəyə görə Filds mükafatı Beynəlxalq Riyaziyyatçılar Konqresində təqdim edilir. Bu dəfə həmin Konqres Peterburqda keçirilməli idi, lakin Rusiya Ukraynaya müdaxilə edəndən sonra bu şəhər həmin tədbiri keçirmək hüququndan məhrum edilib, nəticədə mərasim onlayn formatda keçirilib.
Tehsil-press.az