Tibb üzrə Nobel mükafatının təqdimatı olub

Tibb üzrə Nobel mükafatının təqdimatı olub Bu gün İsveçin paytaxtı Stokholm şəhərində 2018-ci il Nobel həftəsi çərçivəsində tibb və fiziologiya üzrə mükafat təqdim olunub.
Təhsil-press.az-ın məlumatına görə, bu il bu mükafatı amerikalı immunoloq Ceyms Allison və yaponyalı immunoloq Tasuko Honco əldə edib.
Onlar xərçəngin müalicəsində yeni immun terapiya üsulunu kəşf etdikləri üçün mükafata layiq görülüb.
Qeyd edək ki, oktyabrın 2-i fizika, oktyabrın 3-ü kimya üzrə Nobel mükafatları təqdim olunacaq.

SEVİNC

Oxşar xəbərlər