Xersonda Rusiyanın bazası vuruldu - 150 ölü

Xersonda Rusiyanın bazası vuruldu - 150 ölü Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində hərbi bazaya zərbə endirib.
Bu barədə məlumatı Odessa vilayət hərbi administrasiyasının spikeri Sergey Bratçuk açıqlayıb.
Onun sözlərinə görə, zərbə nəticəsində 150 rusiyalı hərbçi, o cümlədən bir general və beş zabit zərərsizləşdirilib.
Məlumata görə, Ukrayna ordusu bazaya “HIMARS” sistemləri ilə atəş açıb.

Tehsil-press.az


Oxşar xəbərlər