Ukraynada ticarət mərkəzinə raket hücumu, ölənlər var

Ukraynada ticarət mərkəzinə raket hücumu, ölənlər var Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə Rusiya ordusu tərəfindən raket hücumu həyata keçirilib.
Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski məlumat paylaşıb.
Ukrayna Prezidenti ticarət mərkəzində 1000-dən çox mülki şəxsin olduğunu bildirib.
***
Raket hücumu nəticəsində azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Bu barədə Poltava vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin açıqlamasında deyib. O bildirib ki, axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər