Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiya paketini təklif etməyi planlaşdırır.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.
Lüksemburqun xarici işlər naziri Jan Asselborn Rusiyaya qarşı sözügedən bu sanksiyaların kimə qarşı olacağına aydınlıq gətirib.
Onun sözlərinə görə, burada söhbət yenidən ilk olaraq rusiyalı siyasətçilərdən gedir. Həmçinin sanksiyalar bəzi hüquqi şəxslərə də şamil olunacaq.

Tehsil-press.az




Oxşar xəbərlər