Xarici ölkələrin ali məktəblərindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülərkən əsas hansı göstəricilər nəzərə alınır

Xarici ölkələrin ali məktəblərindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülərkən əsas hansı göstəricilər nəzərə alınır Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır:
- beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə azı 1000 bal (riyaziyyat üzrə azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, IELTS imtahanından azı 6.0 bal);
- qənaətbəxş akademik göstəriciləri;
- köçürülmə səbəbləri;
- təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- DİM-də iştirak etmədikləri barədə Dövlət İmtahan Mərkəzindən rəsmi arayış/çıxarış.
DİM tərəfindən imtahanlarda iştirak etdikləri halda yerli ali təhsil müəssisələrindən köçürülən tələbələrə tətbiq edilən bəndlərə uyğun köçürülmə aparılır (minimal DİM balı, eyni ixtisas qrupu və müvafiq sənəd tələbləri).
Xatırladaq ki, tələbələrin köçürülməsi üzrə sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə iyulun 31-dək davam edəcək. Nəticələr avqustun sonu, sentyabrın əvvəli açıqlanacaq.

Tehsil-press.az



Oxşar xəbərlər